AZ

Xviça Kvaratsxeliya PSJ-dəki qol hesabını açıb

İtaliyanın "Napoli" klubundan transfer olunan gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya PSJ-də qol hesabını açıb.

hakimiyyet.az xəbər verir ki, o, PSJ-nin "Monako"nu 4:1 hesabı ilə məğlub etdiyi görüşün 54-cü dəqiqəsində fərqlənib.

Usman Dembelenin dubl etdiyi qarşılaşmada ilk qolu isə Vitinya vurub.

Qeyd edək ki, Xviça Kvaratsxeliya oyunun 67-ci dəqiqəsində Qonsalo Ramosla əvəz olunub.

Seçilən
101
1
hakimiyyet.az

10Mənbələr