AZ

Mədəniyyət naziri Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşdü

Mədəniyyət naziri Adil Kərimli Astanaya səfəri çərçivəsində fevralın 7-də Beynəlxalq Türk Akademiyasının (BTA) qərargahında olub və qurumun prezidenti akademik Şahin Mustafayevlə görüşüb.

Publika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar akademiyanın binasında yaradılmış şərait və muzeylə tanış olublar.

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı ilə əlaqədar Astanada səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev, Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər türk respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Söhbət zamanı Şahin Mustafayev BTA-nın əsas fəaliyyət istiqamətləri və hazırkı layihələri barədə məlumat verib.

Seçilən
94
4
publika.az

10Mənbələr