AZ

Məhkəmə Trampın USAİD-lə bağlı qərarını blokladı

ABŞ məhkəməsi Tramp administrasiyasının USAİD-in 2200 əməkdaşını inzibati məzuniyyətə göndərməsi barədə qərarını bloklayıb

Demokratikmusavat.com "CBS News"ə istinadən xəbər verir ki, cümə günü ABŞ federal hakimi Prezident Donald Trampın administrasiyasına ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2200 əməkdaşını inzibati məzuniyyətə buraxaraq, həmin işçiləri təmsil edən həmkarlar ittifaqının tərəfinə keçməsini qadağan edib.

Trampın 2019-cu ildə bu vəzifəyə təyin etdiyi Kolumbiya Dairə Məhkəməsinin hakimi Karl Nikolsun çıxardığı qərarla USAİD əməkdaşlarının inzibati məzuniyyətə göndərilməsinin, eyni zamanda məzuniyyətə buraxılmış əlavə 500 USAİD əməkdaşını işə bərpa edilib. 

Məhkəmə qərarı ilə ABŞ-nin xaricdəki əməkdaşlarının dərhal ölkəyə qayıtmasını tələb edən Ağ Evin əmrləri dayandırılıb.

Nikols bildirib ki, onun həm inzibati məzuniyyətə, həm də sürətləndirilmiş evakuasiyaya mane olan müvəqqəti əmri fevralın 14-ü gecə yarısına qədər qüvvədə qalacaq.

Qeyd edək ki, ABŞ Həmkarlar İttifaqları - Amerika Xarici Xidmət Assosiasiyası və Amerika Hökumət İşçiləri Federasiyası Trampın USAİD-lə bağlı qərarından məhkəməyə müraciət edib.

Abbas

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
97
38
Demokratikmusavat.com

10Mənbələr