AZ

Trampın bəyanatları Qəzzada atəşkəsə təsir edəcək?

ABŞ prezidenti Donald Trampın fələstinlilərin məskunlaşması ilə bağlı bəyanatları HƏMAS-ın Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsini həyata keçirməsinə təsir etməyəcək.

Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Fələstin hərəkatının sözçüsü Sami Əbu Zuhri deyib.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin sahibi ABŞ-ın Qəzzanı “nəzarət altına alacağını” və yenidənqurma işlərinə cavabdeh olacağını bildirib. Donald Tramp indiki Qəzza zolağını da “söküntü sahəsi” adlandırıb. Bundan əlavə, o, ABŞ-ın ora ordusunu göndərə biləcəyini istisna etməyib və bölgəyə baş çəkəcəyini vəd edib.

Qəzet yazır ki, HƏMAS nümayəndəsinin sözlərinə görə, Trampın bu bəyanatları atəşkəs razılaşmasına təsir etməyəcək.

Seçilən
11
publika.az

1Mənbələr