Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Dövlət ittihamçısı Təranə Məmmədova bildirib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılıb, bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.
Daha sonra digər dövlət ittihamçıları konkret şəhərlərə və rayonlara dəymiş ziyanla bağlı məlumatları açıqlayıblar.
Bundan başqa,
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Bundan başqa, 700-ə yaxın tarix və mədəniyyət abidəsi hücum obyektinə çevrilərək tamamilə və ya qismən dağıdılıb, yandırılıb, talan edilib.
Nəticədə Azərbaycan Respublikasına və Azərbaycan xalqına 906 milyon manatdan artıq maddi ziyan vurulub.
Eyni zamanda, Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması nəticəsində didərgin salınmış dinc sakinlərin sosial təminatı və maddi-məişət şəraitinin təmin edilməsinə sərf edilmiş vəsaitlər nəzərə alınmaqla Azərbaycan dövlətinə ümumilikdə 8,8 milyard manatdan artıq maddi ziyan vurulub.
Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev "təcavüzkar müharibə gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktlarını" elan etməyə başlayıb.
Xüsusən, Xocalıda ümumilikdə 613 şəxs qəsdən öldürülüb.
Kütləvi qətllər baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməniəsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə törədilib.
Məhkəmə iclası fevralın 11-də davam etdiriləcək.
Qeyd edək ki, bu işin fiqurantları separatçı rejimin keçmiş rəhbərləri - Harutyunyan Arayik, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan, Manukyan David, Babayan Davit, Mnatsakanyan Levon, Beglaryan Vasili, Qazaryan Erik, Allahverdiyan Davit, Stepanyan Qurgen, Balayan Levon, Babayan Madat, Martirosyan Qarik, Paşayan Meliksetdir.
Onlar hamısı Azərbaycan dövlətçiliyinə qarşı ağır cinayətlərdə (təcavüzkar müharibə aparma, separatçılıq, soyqırım, qanunsuz silahlı birləşmələr yaratma, deportasiya, qətllər, işgəncələr və s.) ittiham olunurlar.
Cinayətlər 1987-2023-cü illərdə törədilib. 1389 cinayət işi bir icraatda birləşdirilib.
Müttəhimlərin hamısını ömürlük həbs cəzası gözləyir.
Adı çəkilən şəxslər 2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı Qarabağda saxlanılıblar.
Proses Bakı Məhkəmə Mərkəzində keçirilir.
Separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyanın işi üzrə ayrıca təhqiqat aparılır. Onun işi üzrə növbəti iclas fevralın 10-da keçiriləcək.