AZ

Kadi “Qarabağ"la müqavilə bağlasa da, Macarıstana qayıdıb

style='margin-bottom:10px;'>

Fevralın 6-da "Qarabağ"la müqavilə bağlayan Kadi Borges hələ komandanın məşqlərinə qoşulmayıb.

29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə müqavilə imzaladıqdan sonra şəxsi işləri ilə əlaqədar Macarıstana qayıdıb.

Bu barədə QOL.az saytına açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.

O, baş məşqçi Qurban Qurbanovun braziliyalı futbolçuya icazə verdiyini deyib: "Kadi hələlik komandaya qoşulmayıb. Baş məşqçi icazə verib. O, bazar günü ailəsi ilə birlikdə Macarıstandan Bakıya qayıdacaq".

Qeyd edək ki, "Qarabağ" Macarıstan "Ferensvaroş"undan transfer etdiyi Kadi ilə 4 illik müqavilə imzalayıb.

Kadi bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.

Seçilən
18
5
teleqraf.com

6Mənbələr