Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" İsmail Yakobsun çıxışından narazıdı.
Apasport.az xəbər verir ki, "cimbom" mövsümün əvvəlində "Monako"dan 1,5 milyon avro qarşılığında icarəyə götürdüyü futbolçunu göndərmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi futbolçunun müqaviləsində yer alan 8 milyon avroluq məcburi satınalma variantını ləğv etmək üçün Fransa klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, İsmail bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 16 rəsmi qarşılaşmada 1 assistlə yadda qalıb.
“Yunayted” 1/8 Finalda
A Seriyasında yanvar ayının ən yaxşısı bəlli olub
İtaliyada ən yaxşı baş məşqçi bəlli olub
“Yunayted”də daha bir İTKİ
Abdülkadir Ömür Super Liqaya dönə bilər