AZ

Mikro sahibkarlıq subyektlərinin iqtisadi rayonlar üzrə bölgüsü açıqlanıb

Bakı. Trend:

Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 178 min 61mikro sahibkarlıq subyekti fəaliyyət göstərir.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, mikro sahibkarlıq subyektlərinin sayı əvvəlkiillə müqayisədə 11 min 171 ədəd və ya 6,7% çoxdur. Belə ki, 2024-cüilin ilkin məlumatlarına əsasən, Azərbaycanda fəaliyyət göstərənmikro sahibkarlıq subyektlərinin sayı 166 890 ədəd olub.

Hesabat dövründə ən çox mikro sahibkarlıq subyekti Bakışəhərində qeydə alınıb. Belə ki, şəhərdəki mikro sahibkarlıqsubyektlərinin sayı 122 min 269 ədəd olub. Siyahının ikinci yerindəAbşeron-Xızı iqtisadi rayonu (12 min 178 mikro sahibkarlıqsubyekti), üçüncü yerində isə Lənkəran-Astara iqtisadi rayonu (6min 574 mikro sahibkarlıq subyekti) yer alıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 1 538, DağlıqŞirvan iqtisadi rayonunda 1 826, Gəncə-Daşkəsən iqtisadi rayonunda4 min 380, Qarabağ iqtisadi rayonunda 3 min 984, Qazax-Tovuziqtisadi rayonunda 3 min 56, Quba-Xaçmaz iqtisadi rayonunda 3 min908, Mərkəzi Aran iqtisadi rayonunda 4 min 120, Mil-Muğan iqtisadirayonunda 4 min 826, Şəki-Zaqatala iqtisadi rayonunda 4 min 475,Şərqi Zəngəzur iqtisadi rayonunda 882, Şirvan-Salyan iqtisadirayonunda 4 min 45 mikro sahibkarlıq subyekti fəaliyyətgöstərib.

Qeyd edək ki, mikro sahibkarlıq subyektlərinin 11 min 829-u kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 10 min 850-iemal sənayesində, 16 438-i tikinti, 62 min 278-i ticarət; nəqliyyatvasitələrinin təmiri, 13 min 830-u peşə, elmi və texniki fəaliyyət,10 986-ü ünzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrindəfəaliyyət göstərir. Ən az mikro sahibkarlıq subyektləri elektrikenerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatısahəsində fəaliyyət göstərir. Bu sahədə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 191 olub.

Seçilən
27
az.trend.az

1Mənbələr