AZ

Dünya futbolunda qış transfer rekordu yeniləndi


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎ (FİFA) qış transfer pəncərəsində klubların xərclədiyi ümumi məbləği açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat təşkilatın hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edildiyi kimi, futbol klubları yanvarda ümumilikdə 2,35 milyard dollarlıq 5863 transfer həyata keçirib. Hər iki rəqəm qeyd olunan dövr üçün rekord göstərici kimi qeydə alınıb.
2025-ci ilin yanvar ayında oyunçu transferlərinin ümumi məbləği 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,9, 2023-cü illə müqayisədə isə 47,1 faiz çox olub.
Qış transfer pəncərəsində ən çox vəsaiti (621,6 milyon dollar) İngiltərə klubları xərcləyib. İlk beşliyə Almaniya (295,7 milyon dollar), İtaliya (223,8 milyon dollar), Fransa (209,7 milyon dollar) və Səudiyyə Ərəbistanı (202,1 milyon dollar) komandaları daxil olub.
Fransa klubları isə oyunçu satışından daha çox qazanıb - 371 milyon dollar. İlk beşlikdə Almaniya (226,2 milyon dollar), İngiltərə (186,2 milyon dollar), Portuqaliya (176,4 milyon dollar) və İtaliya (162 milyon dollar) təmsilçiləri qərarlaşıb.
Seçilən
94
12
yeniavaz.com

10Mənbələr