Səudiyyə Ərəbistanı çempionatının matçında portuqaliyalı Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” “Əl-Feyha”nı məğlub edib.“Ulusum”.az xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb. İlk iki qolu 22 və 72-ci dəqiqələrdə “Əl-Nasr”ın yeni qolu kolumbiyalı Con Duran vurub. 74-cü dəqiqədə Ronaldo fərqlənib.Bu qələbə ilə “Əl-Nasr” 35 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Çempionata müvafiq olaraq 49 və 46 xalla “Əl-İttihad” və “Əl-Hilal” başçılıq edir. Liqanın debütantı “Əl-Qadisiya” “Əl-Nasr”la eyni xala sahib olsa da, əlavə göstəricilərdə daha aşağıdır.Səidə
Diqqət Çəkənlər
Mətbəxin sirri - Analar üçün
Heç Kim Ona İnanmırdı… O, Azərbaycan Tikinti Sektorunda Yeni Dövr Açdı
FHN: Ötən gün 9 nəfər xilas edilib