AZ

Sofiya aeroportunda naməlum PUA səbəbindən altı reys təxirə salınıb

Bolqarıstanın paytaxtı Sofiya şəhərində hava limanında naməlum pilotsuz uçuş aparatının (PUA) aeroport ərazisində peyda olmasından sonra altı reys təxirə salınıb.Bu barədə Bolqarıstanın "NovaTV” telekanalı məlumat yayıb.
 
PUA-nın mənşəyi və hava limanı ərazisində uçuş məqsədi hələlik məlum deyil.

Bolqarıstanın Milli Hava Qəzalarının Təhqiqat İdarəsinin nümayəndəsi Xristo Xristov bildirib ki, PUA uçuşların təhlükəsizliyinə ciddi təhlükə yarada bilərdi.
"Belə dronların uçuşu üçün Mülki Aviasiya İdarəsindən icazə tələb olunur, lakin indiki halda belə istək olmayıb.Bu, qeyri-qanuni uçuşdur. Onun hansı məqsədlə edildiyini bilmirəm",- deyə o qeyd edib.

Xristov əlavə edib ki, bu, son ay yarımda hava limanı ərazisində dronların görünməsi ilə bağlı artıq ikinci və ya üçüncü hadisədir.Belə insidentlər ictimai təhlükə yaradır və cinayət kimi qiymətləndirilməlidir.

www.anews.az
Seçilən
37
5
anews.az

6Mənbələr