AZ

Türkiyədə əməliyyat: PKK-nın 2 əsas üzvü ələ keçirildi - VİDEO

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən Ədirnədə terrorçulara qarşı “Gürz-45” əməliyyatı keçirilib.

Korrespondent.az bildirir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

“Əməliyyat çərçivəsində PKK/KCK-nın əsas üzvləri sayılan – “Serhabun Malazgirt” kod adlı Bülənd Taşər və kod adı “Sərya Baran” olan Leyla Hüşəng ələ keçirilib. Saxlanılan şəxslər Türkiyədə törədilən bir neçə terror aktının əsas iştirakçılarından olub”, - nazir bildirib.

Seçilən
80
4
korrespondent.az

7Mənbələr