Qəzzada HƏMAS hərəkatı üzvlərinin azad etdiyi üç israilli əsir Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.
Day.Az xəbər verir ki, bu haqda İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq vasitəçilərin sərbəst buraxılmış əsirləri İsrail ərazisinə çatdırdığı bildirilir.