AZ

Trampı "Məsih" elan etdilər

ABŞ prezidenti Donald Trampı “Məsih” elan edən “Evangelist Pastorlar”ın sayı artır.

Publika.az xəbər verir ki, ABŞ bürokratiyasından 50 min nəfəri işdən çıxaracağını açıqlayan Trampın vakant vəzifələrə yevangelist kadrlar gətirib-gətirməyəcəyi müzakirə olunur.

Professor Kamer Kasımın fikrincə, məzhəb siyasəti Trampı həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çətin vəziyyətə sala bilər:

"Trampı müasir dövrün Məsihi kimi görən bir çox yevangelist onun "Bibliya"dakı “Kral Kirə” bənzədiyi iddiasını gündəmə gətirib. ABŞ-da bu mövzuda hazırlanan sənədli filmdəki iddialara görə, Trampın keçdiyi yol yəhudiləri Babildən xilas edən və Qüdsdəki İkinci Məbədin yenidən qurulmasında mühüm rol oynayan Fars kralı Kiri xatırladır. Bu inanc evangelistlərin əhəmiyyətli adlarından biri olan Lanse Vallnau tərəfindən “Xristian Yayım Şəbəkəsi” adlı cəmiyyətdə tez-tez ifadə edilir".

Seçilən
17
1
publika.az

2Mənbələr