AZ

Rusiya ukraynalı biznesmenlərin əmlaklarını bu yolla MƏNİMSƏYİR

Krımda obyektlərin yeni siyahısı formalaşdırılacaq.

Publika.az xəbər verir ki, bunu Krım parlamentinin "rəhbəri" Vladimir Konstantinov "RİA Novosti"yə bildirib.

Söhbət ukraynalı biznesmenlərə və Rusiya Federasiyasına düşmən olan şəxslərə aid obyektlərdən gedir.

"Krımda Rusiyanın düşmənlərinin bir obyekti də qalmayacaq. Bu istiqamətdə fəaliyyət təkcə mənəvi borcumuz deyil, həm də respublika iqtisadiyyatına real yardımdır”, - deyə parlament rəhbəri vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin payızından Krım qanunverici orqanı bir sıra ukraynalı siyasətçi və oliqarxın əmlakının özününküləşdirilməsi ilə bağlı qərar qəbul edib. Antiterror komissiyası bu cür aktivlərin müəyyən edilməsi üzərində işləyir.

Seçilən
12
publika.az

1Mənbələr