PSJ klubu baş məşqçisi Luis Enrike ilə müqaviləni uzadıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris təmsilçisi 4 futbolçunun müqaviləsi uzadıldığını və iki gənc futbolçu ilə peşəkar müqavilə imzalayıb.
Fransa nəhəngi baş məşqçisi Luis Enrike ilə müqavilə 2027-ci ilə qədər, futbolçuları Əşrəf Hakimi, Vitinya və Nuno Mendeş 2029-cu ilə qədər, Yoram Zague isə 2028-ci ilə qədər qüvvədə olan yeni müqavilələr imzalayıb.
İbrahim Mbaye və Naoufel Əl Hannaç PSJ ilə ilk peşəkar müqavilələrini imzaladılar. Hər iki futbolçunun yeni müqaviləsi 2027-ci ildə başa çatacaq.