Kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, turnirin favoritlərindən yalnız Şəhriyar Məmmədyarov qalib gəlib, Teymur Rəcəbov isə heç-heçə edib.
Dörddəbir finalın ilk oyunlarının nəticələri:
Şəhriyar Məmmədyarov - Maqomed Muradlı - 1:0;
Misrəddin İsgəndərov - Aydın Süleymanlı - 0.5:0.5;
Rauf Məmmədov - Əhməd Əhmədzadə - 0.5:0.5;
Vüqar Əsədli - Teymur Rəcəbov - 0.5:0.5;
Gülnar Məmmədova - Xanım Balacayeva - 0.5:0.5;
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarov - 1:0;
Türkan Məmmədyarov - Gövhər Beydullaeva - 1:0.
Xatırladırıq ki, kişilər arasında turnirin qalibi 20 000 manat, qadınların qalibi isə 10 000 manat mükafat alacaq.
"Cebheinfo.az"