AZ

Ana-oğul kirayə yaşadıqları evi qarət etdilər

Bakıda evdən oğurluq edilib.

DİN-dən Hurriyyet.az-a verilən məlumata görə, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məlumata görə, saxlanılan şəxslər ana və oğuldur.

Seçilən
94
5
hurriyyet.az

10Mənbələr