AZ

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

Fevralın 7-si saat 14.00 radələrində paytaxtın Səbail rayonunda fərdi yaşayış evində meyit tapılıb.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, vəfat edən şəxsin 1977-ci il təvəllüdlü Vadim Qriqorov olması müəyyənləşdirilib.

Mərhumun ölüm səbəbini öyrənmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub.

V.Qriqorov 1999-cü ildə Qərb Universitetinin (hazırda Qərbi Kaspi) politologiya ixtisasını bitirib. O, nəqliyyat sahəsində çalışan beynəlxalq "Larson Logistics" şirkətinin Xəzər regionu üzrə direktoru idi.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Xəbər 4 dəfə oxunub.
Seçilən
35
9
xezernews.az

10Mənbələr