AZ

Narkotik qəbul edən sürücülər saxlanıldı

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb.

 

Sfera.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən 5 sürücü müəyyən edilərək saxlanılıb.

 

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, daha bir mikroavtobus sürücüsü isə 15 sutka inzibati qaydada həbs edilib.

Seçilən
121
15
sfera.az

10Mənbələr