AZ

Dünən Londonda Doktor Tamara Draqadze ilə görüşdüm - FOTO 

Cəmil Həsənli, professor 

Dünən Londonda Doktor Tamara Draqadze ilə görüşdüm. Tamara Draqadze gürcü mənşəli Britaniya alimidir. Azərbaycanda onu çoxları, xüsusilə etnoqraflar, tarixçilər, filoloqlar (tərcüməçilik də edir) yaxşı tanıyırlar. O, da Azərbaycanı və azərbaycanlıları yaxşı tanıyır və ürəkdən sevir. Tamara xanım Britaniyada Qafqaz üzrə ən yaxşı mütəxəssilərdən, alimlərdən biridir.

Uzun müddət ərzində Birləşmiş Krallıqda və müxtəlif Qərb nəşrlərində Gürcü-Abxaz, Gürcü-Osetin (və həm də gürcü – rus münasibətləri fonunda), Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan – Ermənistan münasibətləri, Çeçen müharibələri fonunda çoxlu məqalələri, təhlilləri, əsərləri dərc edilib. 20 yanvar 1990-cı il qırğını ilə bağlı həmin vaxtlar Londonda etiraz mitinqi təşkil etmişdi.

Tamara xanımı çoxdan tanıyıram. Hələ ötən əsrin 80-ci illərində Azərbaycana gedib gəlirdi. Rəhmətlik Arif Abbasov Arxeologiya və Etnoqrafiya institutunun direktoru olanda Azərbaycan etnoqraf və tarixçiləri ilə sıx əlaqələri vardı. Çoxları Bakıda onu “Gürcü qızı” kimi tanıyır.

-tez Azərbaycanın qaçqın düşərgələrinə gəlib yerindən-yurdundan qovulan qaçqın və məcburi köçgünlərə görüşürdü, məqalələr yazırdı. Qaçqın hətayından ürəklər parçalayan fotoları məqalələrinin içərisinə yerləşdirirdi.

Tamara xanım ötən əsrin 80-ci illərində Oksford universitetində “Sovet Gürcüstanında kənd ailəsi: Ratça vilayətinin nümunəsi sasında” adlı çox maraqlı bir doktorluq dissertasiya yazmışdı. Bu dissertasiya 1988-ci ildə Routledge nəşriyyatında kitab kimi çap olundu və çox geniş yayıldı, ona böyük etimad qazandırdı.

Tamara Draqadze çox maraqlı həmsöhbətdir. Güclü yaddaşı və hafizəsi var. Qafqazı, Rusiyanı və keçmiş Sovet coğrafiyasını çox yaxşı tanıyır. Sovet dövrünü çox yaxşı xatırlayır. Keçən günləri xatırladıq, maraqlı söhbətimiz oldu.

Hazırda Tbilisidə baş verənləri diqqətlə izləyir, gürcü demokratlarının tərəfini saxlayır. Özünü də yaddan çıxarmır. Həftədə 3 dəfə balet oynamağa gedir.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr