Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında 21-ci tur oyununa çıxacaq.
QOL.az xəbər verir ki, komanda səfərdə "Maqdeburq"un qonağı olacaq.
Görüş saat 16:00-da start götürəcək.
Artıq bu matç üçün heyətlər də açıqlanıb. Mahir Emreli ehtiyat oyunçular arasında yer alıb.
Hazırda turnir cədvəlində "Maqdeburq" 35 xalla 3-cü, "Nürnberq" isə 28 xalla 10-cudur.