Böyüklər üçün sayt İngiltərə Liqa kuboku yarımfinalının cavab oyununda "Liverpul"a 0:4 hesablı məğlubiyyətdən sonra "Tottenhem"in baş məşqçisi Angelos Postekoqluya əməliyyat meneceri vəzifəsini təklif edib.
İdman.biz xəbər verir ki, eskort-platformanın sosial şəbəkədəki açıqlamasında "Ange sübut etdi ki, o, bizim platformamıza mükəmməl uyğun gəlir" deyilir.
59 yaşlı Postekoqlu 2023-cü ilin iyunundan "Tottenhem"i çalışdırır. Onun rəhbərliyilə komanda bu mövsüm bütün turnirlərdə keçirdiyi 38 oyundan 18-də qalib gəlib, 15-də məğlub olub.
İdman.biz