Bakı. Trend:
Gürcüstan parlamenti “Ətraf mühitin mühafizəsi haqqında” Qanunaəlavə və dəyişikliklər edib. Layihədə ətraf mühitin mühafizəsiməqsədilə bəzi qaydalar və qanunun tələbləri sərtləşdirilib.
Trend xəbərverir ki, dəyişikliklərə əsasən, istixana qazları emissiyalarınaicazə verilməsi, monitorinqi, hesabat verilməsi və yoxlanılmasısisteminin yaradılması ilə bağlı məsələlər daxildir.
Qanuna təklif olunan dəyişikliklər qüvvəyə mindikdən sonra,Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş fəaliyyətlər üçün,eləcə də istixana qazlarının emissiyası üçün icazə tələbolunacaq.
Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş fəaliyyətlərüçün istixana qazlarının emissiyasına icazə Milli EkologiyaAgentliyi tərəfindən, aviasiya fəaliyyəti üçün isə Mülki AviasiyaAgentliyi tərəfindən verilir.
Bildirilib ki, bu dəyişikliklər, ilk növbədə, Gürcüstan vəAvropa İttifaqı arasında imzalanmış Assosiasiya Sazişindən irəligələn öhdəliklər və eyni zamanda, Gürcüstanın Enerji Birliyinə üzvolması ilə bağlıdır.
Qeyd edək ki, COP29 konfransında iştirakdan sonra Gürcüstanhökuməti artıq ikinci dəfədir ətraf mühitlə bağlı qanunlaradəyişiklik edir və ya yeni qanun layihələri hazırlayır.
Bu ilin yanvarında Gürcüstan Parlamentinin Ətraf MühitinMühafizəsi və Təbii Sərvətlər Komitəsində “İqlim dəyişikliyihaqqında” qanun layihəsi hazırlanıb.
Bu qanun Gürcüstanın iqlim dəyişikliyi ilə bağlı beynəlxalqöhdəliklərini yerinə yetirməsi üçün siyasi sənədlərin işlənibhazırlanması və təsdiqlənməsi qaydalarını tam əhatə etməlidir.