![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/1/12/1/0986de7e-3755-48ab-b4ce-fb71d52c15ef/ukrayna-ordu-esger.jpg)
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin sıralarında 18 yaşlı ukraynalıların “xüsusi müqavilə” əsasında orduya cəlb olunduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə başçısı müsahibəsində bildirib.
“Bu, xüsusi müqavilədir. Çoxlu üstünlüklər olacaq və çox yüksək pul təminatı da nəzərdə tutulub. Təfərrüatlar yaxın gələcəkdə, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”, - Zelenski deyib.