AZ

Vüsal Sərdarzadə vəfat etdi

  Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

Referans.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib.

Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Seçilən
24
1
referans.az

2Mənbələr