AZ

“Turan Tovuz” azarkeşlərə müraciət etdi

Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Tovuz klubu qarşılaşma öncəsi Bakıda yaşayan azarkeşlərə müraciət edib. Həmin müraciətini təqdim edirik:

Dəyərli, “Turan” ailəsi. Komandamız 9 fevral tarixində Premyer Liqanın XXII turunda “Sabah”ın qonağı olacaq. Sizi saat 17:00-da başlayacaq oyunda komandamızı dəstəkləməyə çağırırıq. 

Bank Respublika Arenanın qonaq azarkeşlər üçün nəzərdə tutulmuş sektorunda yerinizi alın, həmişə olduğu kimi komandamızın 12-ci oyunçusu siz olun!

Qeyd edək ki, azarkeşlərimizə biletlər azarkeşlərlə əlaqələndiricimiz və fanklub üzvləri tərəfindən sektorun giriş qapısının önündə təqdim ediləcək”.

Seçilən
32
idmanxeber.az

1Mənbələr