Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi ölkədə havanın keyfiyyətinin yaxşılaşdırılması layihəsinə start verildiyini elan edib.
Bu barədə "Sinxua" yazır.
Bildirilir ki, layihə Beynəlxalq İnkişaf Assosiasiyası ilə bağlanmış müqavilə çərçivəsində həyata keçirilir. Layihə 2024-2030-cu illər üçün nəzərdə tutulub, büdcəsi 50 milyon ABŞ dolları təşkil edir.
Qeyd edildiyi kimi, layihənin əsas istiqamətləri havanın keyfiyyətinin idarə edilməsi sisteminin gücləndirilməsi, ekoloji cəhətdən təmiz istilik həllərinin dəstəklənməsi və şəhərin yaşıllaşdırılmasının yaxşılaşdırılmasıdır./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta