AZ

Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

Image

Bizim Rusiyada şirkətlərimiz barmaqla sayılsa da, Azərbaycanda mindən çox rus şirkəti fəaliyyət göstərir

Son günlər rus mediası, "müstəqil siyasətçilər" və Rusiya Dövlət Dumasının deputatları (bunları Vladimir Putinin "zapas təkəri" də adlandırmaq olar) hökumətin dirijor çubuğunun işarəsi ilə hərəkətə keçib. Bəs səbəb nədir, nəyə görə Rusiya Azərbaycana qarşı bu qədər aqressivdir, nədən öz təbliğat maşınının yönünü mənfi mənada strateji tərəfdaş ölkə olan Azərbaycana tərəf çevirib? 

Çoxları elə bilir ki, bu yalnız təyyarə qəzası ilə bağlıdır. Əslində bu məsələdə Azərbaycanın Rusiyadan inciməyə daha çox haqqı var. Çünki Azərbaycan təyyarəsi Rusiya ərazisində vurulub, ortada aydın dəlil-sübut olmasına rəğmən Moskva nə günahkarları cəzalandırmır, nə də kompensasiya verməyə tələsmir, rəsmilərin dili ilə istintaqın yekunlaşmasını gözləməyi tövsiyə edir. Amma Rusiya helikopteri Naxçıvan sərhədində vurulanda Azərbaycan hökuməti dərhal reaksiya verdi, üzr istədi və kompensasiya ödəməyə hazır olduğunu bəyan və günahkarların müəyyənləşdirilməsi üçün dərhəl istintaq başlatdı. Eyni reaksiyanı Azərbaycan tərəfi rus sülhməramlıların avtomobili atəşə tutulanda da sərgilədi. Baxmayaraq ki, bu hadisələrdə Rusiya sərhədçilərinin və sülhməramlılarının təxribatçı hərəkətlərinin sübuta belə ehtiyacı yox idi. Azərbaycan hökuməti də haqlı olaraq Rusiyadan eyni reaksiyanı gözləyirdi. Amma hələ belə bir münasibət müşahidə edilmir.

Rusiyanın Azərbaycana qarşı aqressiyasının ikinci və ən əsas səbəbi ölkəmizdə Kremlin casus şəbəkəsi kimi fəaliyyət göstərən "Rus evi"nin bağlanmasıdır. Lakin Azərbaycan tərəfi "Rus evi"ni heç casus ittihamı ilə bağlamayıb. Bu qurum Azərbaycanda qeydiyyatdan keçməyib, qeyri-qanuni fəaliyyət göstərir. Qeyd edək ki, "Rus evi" Azərbaycanda 1997-ci ildən - 28 il əvvəl fəaliyyətə başlayıb, amma hüquqi şəxs kimi qeydiyyatdan keçməyib. Ona görə də fəaliyyəti dayandırılıb.

Bu səbəblərdən Rusiya hökuməti hakim “Yedinaya Rossiya” partiyasının bütün arsenalını səfərbər edib. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin RTVI-ya müsahibəsində deyib ki, Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır, bizim zəifləməyimizdən istifadə edib, bizi saymırlar və s. kimi giley-güzar edib. Bunun ardınca isə “Yedinaya Rossiya” partiyasının Dövlət Dumasındakı "bokusyor" deputatı Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılmasını, biznesinin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi iddialarla çıxış edib. Valuyev Dövlət Dumasının tribunasından siyasətçidən, millət vəkilindən daha çox bokusçu kimi çıxış etdi. Binava deyəsən rinqlə parlament tribunasını səhv salıb.

Həmin partiyanın Dumadakı digər nümayəndəsi Yevgeni Popov təklif edib ki, əgər “Rossotrudniçestvo”nun ("Rus evi"ni nəzərdə tutur) fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır.

Ukraynanın Rusiya tərəfindən işğal və ilhaq edilmiş Donetsk vilayətində separatçılıq işlərində qazandığı "uğurlara" görə Rusiyanın Dövlət Dumasının deputatı mandatını hədiyyə alan Andrey Pinçuk, Vladimir Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsus “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin bağlamaq təklifini irəli sürüb.
 Başqa biri tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun da müflisləşdirilməsini təklif edir. Fantastik ideyalar çoxdur, rus mediası və “Yedinaya Rossiya” partiyasının deputatları azərbaycanlı miqrantların ölkədən qovulmasını və Azərbaycanla bütün münasibətlərin kəsilməsini də tələb edə bilər. Amma o halda görək hansı tərəf uduzacaq.

Birincisi, Rusiya deputatlarının istədiyi kimi, diaspora və miqrant məsələsinə, o cümlədən də azərbaycanlı iş adamlarına qarşı Rusiyanın siyasəti dəyişsə bu həm iqtisadi, həm də siyasi cəhətdən Moskvanın özünə zərər vuracaq. Çünki Rusiyada azərbaycanlı miqrantların və iş adamlarının yerini dolduracaq əmək ehtiyatı potensialı yoxdur. Alkoqol və narkotik aludəçisi olan ivanlar və vasiyalar mamedlərin gördüyü işi bacarmayacaq. Digər tərəfdən, həm azərbaycanlı iş adamlarının, həm də diaspora təşkilatlarının ətrafında kifayət qədər insanlar var. Rusiyanın daxili vəziyyəti isə sosial partlayışa hamilədir. Hazırda ona bir qığılcım lazımdır ki, nüvə silahından da betər sosial partlayış baş versin. Rusiyada maraqlı qüvvələr də bu istiqamətdə intensiv iş aparır. Cəmiyyət müharibənin gətirdiyi bədbəxtlikdən və çatışmazlıqlardan bəzib. Bu gün Rusiya hökuməti Moskvada və Sankt-Peterburqdan başqa ölkənin digər regionlarında cəmiyyətin gündəlik həyatını normal təmin edə bilmir. Sosial vəziyyət günbəgün pisləşir. Müharibənin hər gün "yediyi” bir milyard dollar Rusiya vətəndaşının təminatından kəsilir. Rusiyanın illik dövlət büdcəsi cəmi 400 milyard dollardır. Hansı ki, il ərzində onun 365 milyard dolları müharibəyə xərclənir. Büdcəsində dövlətin və vətəndaşın təminatı üçün cəmi 34 milyard dollar qalır. 150 milyon əhali üçün bu sıfır təminat deməkdir. Bunları qeyd etməkdə məqsədimiz Rusiyanın indiki durumu barədə oxucuda təsəvvür yaratmaqdır.

Məsələyə fərqli rakursdan baxaq. Rusiyada müstəqil və birgə fəaliyyət göstərən Azərbaycan şirkətlərini barmaqla saymaq olur. Amma hazırda Azərbaycanda mindən çox Rusiya şirkəti fəaliyyət göstərir.

Ticarət dövriyyəsinə gəldikdə, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard ABŞ dolları təşkil edib. Bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 10%-i qədərdir. İki ölkə arasındakı ticarət dövriyyəsinin 75 %-ni isə Rusiyanın Azərbaycana ixracı təşkil edir.

Bütün bu rəqəmlərdən, sosial-siyasi və geopolitik durumdan kimin daha çox itirəcəyi aydın görünür.

Akif NƏSİRLİ





Seçilən
28
baki-xeber.com

1Mənbələr