AZ

Azərbaycanda istehsal olunan traktorların sayı açılanıb

Ötən il Azərbaycanda 623 ədəd traktor istehsal edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 39 ədəd və ya 5,9% azdır.

Bu ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı isə 11 ədəd təşkil edib.

Qeyd edək ki, Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ildə 826,6 milyon manatlıq məhsul istehsal olunub.

2023-cü ildəki göstərici illə müqayisədə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7 faiz artıb, maşın və avadanlıqların istehsalı 51,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz azalıb.

Seçilən
9
7
avtosfer.az

8Mənbələr