AZ

Goranboyda yük maşını körpüdən aşdı: ölən var

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
23
axar.az

10Mənbələr