Avropa Birliyi diqqətini öz siyasi və iqtisadi problemlərinin həllinə verməlidir.
Referans.az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa liderlərinin ölkəsi ilə bağlı qəbul etdiyi birgə bəyanata münasibət bildirərkən deyib.
Baş nazir vurğulayıb ki, AB-də siyasi böhran hökm sürür:
“Bu səbəbdən AB düzgün olmayan istiqamətdə irəliləyir. Tendensiyalar çox neqativdir. Mən hamını Gürcüstana, onun xalqına və hakimiyyətinə qarşı ədalətli olmağa çağırıram”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta