Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanıncənubunda HƏMAS-ın silah anbarına zərbələr endiriblər.
Trend-inməlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidmətibildirib.
"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarıSuriyanın cənubundakı Deyr Əli bölgəsində HƏMAS terror təşkilatınaməxsus silah anbarına zərbələr endirib", - deyə qeyd olunub.
Bildirilib ki, “anbarda saxlanılan silahlar İsrail ordusununqoşunlarına hücumda istifadə üçün nəzərdə tutulub”.