AZ

140 mindən çox Toyota və Lexus avtomobili geri çağrılacaq

Toyota istehsal qüsurlarından yaranan təhlükəsizlik risklərinə görə 140 000 ədəddən çox Toyota və Lexus markalı avtomobili geri çağırmaq qərarına gəlib.

Marja.az xəbər verir ki, Şirkətin açıqlamasına görə, geri ağırma iki fərqli texniki problemlə bağlıdır.

Əyləc şlanqı və təhlükəsizlik kəməri problemləri aşkar edilib

Geri çağırışda bildirilir ki, bəzi Toyota Tacoma 4x4 modellərində arxa əyləc şlanqlarının zədələnmə riski var. Toyota, bu avtomobillərin arxa təkərlərində palçıq və kir toplanması halında əyləc şlanqlarının zədələnə biləcəyinə diqqət çəkib.

Bundan əlavə, Toyota Camry və Lexus RX modellərində ikinci sıra mərkəzi təhlükəsizlik kəmərlərinin istehsal zamanı xarab ola biləcəyi bildirilib. Şirkət bu vəziyyətin təhlükəsizlik riski yaratdığını vurğulayıb.

Pulsuz baxış və hissələri dəyişdiriləcək

Toyota, geri çağırılan avtomobillərin sahiblərinə 2025-ci ilin aprelinə qədər məlumat veriləcəyini açıqlayıb. Rəsmi servislər müəyyən edilmiş problemləri həll etmək üçün pulsuz yoxlamalar və hissələrin dəyişdirilməsini həyata keçirəcəklər.

Şirkət rəsmiləri müştərilərin təhlükəsizliyinin prioritet olduğunu bildirib və avtomobil sahiblərinə ən qısa zamanda rəsmi servislər ilə əlaqə saxlamağı tövsiyə ediblər.

Geri çağırılma aşağıdakı Toyota və Lexus avtomobillərinin bəzilərini əhatə edir:

2025 MY Toyota Camry

2025 MY Lexus NX

2024 MY Lexus RX

2025 MY Lexus RX

2024 MY Toyota Tacoma

2025 MY Toyota Tacoma

Seçilən
25
marja.az

1Mənbələr