Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko məlumat verib.
O bildirib ki, xarici amillərin açıq-aşkar müdaxiləsi və rəngli inqilaba cəhd faciə deməkdir.
Diplomatın sözlərinə görə, aksiyalarda iştirak edənlərin çoxunun heç bir siyasi mövqeyi yoxdur.
Serbiyada Novi Sad şəhərinin dəmir yolu vağzalında baş vermiş faciə ilə bağlı etirazlar keçirilir. Noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub.
Əfsanə Kamal
Demokrat.az