AZ

Türk Hava Yolları Yanvarda 8,2% çox sərnişin daşıyıb

Türk Hava Yolları (THY) 2025-ci ilin yanvar ayı üzrə məlumatlarını açıqlayıb.

Marja.az xəbər verir ki, Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) yerləşdirilən açıqlamaya görə, aviaşirkət yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artım qeyd edərək cəmi 6,8 milyon sərnişin daşıyıb.

Doluluq əmsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 bənd artaraq 82,4 faizə çatıb. Beynəlxalq reyslərdə doluluq nisbəti 82,3 faiz olduğu halda, daxili reyslərdə bu nisbət 83,5 faiz təşkil edib.

2025-ci ilin yanvar ayında yük və poçt daşınması dəyişməyərək 149,7 min ton olub.

THY donanmasındakı təyyarələrin sayı 2025-ci ilin yanvar ayında 477-yə çatıb.

Seçilən
23
marja.az

1Mənbələr