Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı məhkəmə işini uğurla yekunlaşıb.
İdman.biz xəbər verir ki, bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
FIFA-ya şikayət edən futbolçunun tələbi təmin edilib. FIFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən, klub Bəxtiyara təzminat ödəyib.
Qeyd edək ki, Həsənalızadə 2023/2024 mövsümündə "Tuzlaspor"un şərəfini qoruyub və 20 oyunda 1 qol dəfə fərqlənib.
İdman.biz