AZ

FİFA azərbaycanlı futbolçunun xeyrinə qərar çıxardı

style='margin-bottom:10px;'>

Azərbaycanın futbol üzrə milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı şikayəti təmin olunub.

QOL.az xəbər verir ki, bu barədə futbolçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli özünün sosial şəbəkə hesabında bildirib.

“Hüquqlarını müdafiə etdiyimiz Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin “Tuzlaspor” FK qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən milli futbolçumuza kompensasiya klub tərəfindən ödənilib” deyə E.Həsənli qeyd edib.

B.Həsənalızadə 2023/24 mövsümündə “Tuzlaspor”da oynayıb, 2024-cü ilin yayından isə o, “Araz Naxçıvan”da çıxış edir.

Seçilən
49
3
teleqraf.com

4Mənbələr