AZ

Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu aşıb

Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində  nəqliyyat, infomasiya və rabitə haqqında məlumatları açıqlayıb.

Məlumata görə, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 100,5 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 5,1 milyon ton yük daşınmışdır. 2023-cü ilin yanvar-dekabr aylarına nisbətən sərnişin daşınması 9,4 faiz, yük daşınması isə 7,1 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında  8,1 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 95,9 faizi əhali tərəfindən istehlak olunmuşdur. 

Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 73,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 26,5 faiz təşkil etmişdir.

 

Seçilən
12
2
marja.az

3Mənbələr