AZ

Netanyahu Qəzza danışıqları üçün Qətərə nümayəndə heyəti göndərib

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu Qətərə İsrail nümayəndəheyətinin getməsinə dair göstəriş verib.

Trend-in məlumatına görə, bu barədə "Ynet" portalı mənbəyəistinadən xəbər verib.

Bildirilib ki, nümayəndə heyəti Qəzzada atəşkəs razılaşmasınıntexniki detallarını müzakirə edəcək.

Qeyd olunub ki, B.Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzzadangirovların azad edilməsinə dair sazişin ikinci mərhələsinə dairNazirlər Kabinetinin iclasını keçirəcək. Nümayəndə heyətinə Mossadkəşfiyyat agentliyinin, Baş Təhlükəsizlik Xidmətinin və İsrailMüdafiə Qüvvələrinin nümayəndələri, həmçinin İsrailin oğurlanmış vəitkin düşmüş şəxslərlə bağlı koordinatoru Qal Hirş daxildir.

Seçilən
46
10
az.trend.az

10Mənbələr