AZ

Tramp şahzadə Harri ilə bağlı BELƏ QƏRAR VERDİ: ""Dəhşətli" həyat yoldaşı ilə..."

  ABŞ Prezidenti Donald Tramp şahzadə Harrinin ABŞ-dan deportasiya edilməsi ehtimalını təkzib edib.

Bu barədə "New York Post" məlumat yayıb.

"Mən bunu etmək istəmirəm", - deyə nəşr Amerika liderinin sözlərindən sitat gətirib.

Prezident qeyd edib ki, şahzadənin artıq “dəhşətli” həyat yoldaşı ilə kifayət qədər problemləri var.

Yanvar ayında "Heritage Foundation" analitik mərkəzindən Niall Qardiner Donald Tramp Ağ Evə qayıdanda şahzadə Harrinin ABŞ-dan deportasiya olunma ehtimalının yüksək olduğunu bildirib.

Bu bəyanatın əsasını 2023-cü ilin mayında Şahzadə Harrinin immiqrasiya sənədlərinin açıqlanması tələbi ilə "Heritage Foundation" tərəfindən açılmış məhkəmə iddiası təşkil edir. Mərkəz Harrinin narkotik istifadəsini etiraf etməsi fonunda Britaniya monarxının oğlunun ABŞ-da qalmasının qanuniliyini şübhə altına alır.

Şahzadə Harri 2001-ci ildə "The US Sun-"a verdiyi müsahibədə narkotik istifadə etdiyini etiraf etmiş və bir gündə müntəzəm olaraq bir həftəlik spirt içdiyini söyləmişdi./publika.az  

Seçilən
23
referans.az

1Mənbələr