AZ

Suriyada Türkmən Məclisinin binası açılıb

Bakı, TurkicWorld

Suriyanın şimalındakı Çobanbey vilayətində Türkmən Məclisinin binası açılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Türkmənlərin sıx məskunlaşdığı, "Fərat Qalxanı" əməliyyatı ilə terrordan təmizlənən Çobanbey vilayətində Türkmən Məclisi binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Suriyanın müxtəlif əyalətlərindən türkmənlər, tayfalar və hərbi komandirlər iştirak edib.

Suriya Türkmən Məclisinin sədri Faysal Cuma, açılış və müşavirə toplantısı üçün bir araya gəldiklərini bildirib.

"Binamız təkcə türkmənlərə deyil, bütün Suriya xalqına xidmət edəcək. Binalarımızı digər Türkmən bölgələrində, Rakka, Haseke, Hələb və Latakiyada da inşa edəcəyik" deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Türk kimliyini və mədəniyyətini qoruyub saxlayan Suriya türkmənləri Hələb, Latakiya, Həma, Hums və Rakka bölgələrində yaşayırlar.

Seçilən
68
1
turkic.world

2Mənbələr