AZ

USAID-in maliyyələşdirdiyi nəhəng media qurumları da çökür– BBC həyəcan təbili çalır...

Image

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımları dayandıran sərəncam imzalayıb. Trampın USAID-in ölkənin pullarını dayandırması media sahəsinə də təsir edib.

Trampın qərarından ABŞ mediası ilə yanaşı, İngiltərə mətbuat da zərbə alıb. BBC-dən verilən yazılı açıqlamaya görə, xarici qrantlar və ianələr hesabına maliyyələşən BBC Media Action da Trampın USİAD qərarından təsirlənib. BBC bildirib ki, bütün dünyada yerli mediaya dəstək verən “BBC Media Action”a dəyən ziyanı minimuma endirməyə çalışırlar.

Qeyd edək ki, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Mask USAİD rəhbərliyilə bağlı problemlərə görə, işçilərin məzuniyyətə göndərildiyini açıqlayıb. Agentliyin sosial media hesabları da bağlanıb. Daha sonra isə prezident Tramp və Mask USAİD-in bağlanması barədə bəyanatlar veriblər.

Mask “Associated Press” (AP) xəbər agentliyinə və “New York Times”a (NYT) edilən ödənişlərə sərt reaksiya göstərərək, AP-yə edilən ödənişi “vergi ödəyicilərinin pullarının israfı” adlandırıb və NYT-yə edilən ödənişlə bağlı isə “NYT hökumət tərəfindən maliyyələşdirilən qəzetdir” ifadəsini işlədib.

TAHİR





Seçilən
81
baki-xeber.com

1Mənbələr