AZ

İsrail Livanda Hizbullah yaraqlılarına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın Biqa vadisində strateji silah istehsalı və anbarı obyektində fəaliyyət göstərən Hizbullah yaraqlılarına kəşfiyyat məlumatlarına əsasən zərbələr endirib.

İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“İDF İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirir və “Hizbullah”ın atəşkəs anlaşmalarına uyğun olaraq öz qüvvələrini yenidən qurmaq cəhdinin qarşısını alacaq”, - deyə ordunun mətbuat xidməti əlavə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
13
ikisahil.az

1Mənbələr