Bakı, 8 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin məxfi informasiyaya girişini məhdudlaşdırmaq istəyir.
AZƏRTAC xəbər verir ki, Tramp bu məsələdə prokurorluğun məlumatına əsaslanır. Prokurorluğun sənədində Baydenin yaşlı olduğu və yaddaşının pisləşdiyi qeyd edilir.
ABŞ qanunvericiliyinə görə, mandatı başa satdıqdan sonra da prezidentlərin məxfi məlumatlara girişi məhdudlaşdırılmır.