AZ

Avtobusla yük maşınının toqquşdu, azı 30 nəfər öldü

Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 30 nəfər ölüb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “XEVT” radiosu məlumat yayıb.

İlkin məlumata görə, yük maşını qarşı zolağa çıxıb, toqquşma nəticəsində avtomobillər yanıb.

Avtobusda 39 sərnişin olub. Yalnız səkkiz nəfərin sağ qaldığı məlumdur.

Seçilən
108
11
avtosfer.az

10Mənbələr