AZ

"Beşiktaş" azarkeşlərini sevindirdi

Türkiyə Superliqasının 23-cü turunda "Beşiktaş" səfərdə "Sivasspor"un qonağı olub.

Matçın taleyini 2 qol həll edib.

İstanbul klubunun yeni üzvü Emirhan Topçu komandada qol hesabını açıb. Joau Mariu isə penaltidən fərqi artırıb - 0:2.

Bu qələbədən sonra "qartallar" turnir cədvəlində 35 xalla ilk beşliyi qapayır. Sivas təmsilçisi isə 23 xalla 15-ci pillədə qərar tutub.

Seçilən
44
3
news365.az

4Mənbələr