“Məncə elə quzu əti həmin məlumatı açıqlayan eksperlərin başında duranların, xalqın pulunu yeyən məumurların qarnındadır. Bizim xalq qənaətcildir, qoyun, quzu ətini də ayda bir dəfə alır. Ola bilər, dediklərinizdə həqiqət var, amma bunu siz ümumiyyətlə xalqa yox, bir çox şadlıq evlərinə, qarnı burunlarına deyən məmurlara söyləyin ki, bir az quzu ətindən az yesinlər, heç nə olmaz. Özünüzü söydürməyin. Elə ailələr var ki, aylarla quzu əti almırlar. Qoyun, mal ətini ayda bir dəfə ala bilərlər, amma quzu ətini bilirsiniz kimlər yeyir. Açıqlama verədə deyin ki, imkanı olan yuxarı təbəqə nümayəndələri quzu əti yediyinə görə, qoyun artımında problem yaranıb”.
O, paylaşımını sonda belə şərh edib:
“Bəzi kənd təsərrüfatı ekspertlərinin bugünkü açıqlamaları doğrudan da təəccüblüdür. Məncə, Azərbaycan xalqı elə bir rifah içində yaşasın ki, qoyun ətindən çox quzu ətinə tələbat olsun. Amma bilinir ki, quzu ətinin qiyməti çox bahadır, xüsusilə sümüksüz quzu əti daha da bahalıdır. Orta gəlirli insanlar və ya bölgələrdə yaşayanlar üçün ayda bir neçə dəfə quzu əti almaq çətindir. Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?”. (Axşam.az)
KONKRET.az