Nora Bayraqdaryan Livanın yeni gənclər və bədən tərbiyəsi naziri təyin edilib.
Axar.az xəbər verir ki, Bayraqdaryan nazir seçiləndən dərhal sonra Livanın erməni katolikosu I Aramı ziyarət edib.
Qeyd edək ki, Livan Prezidenti Cozef Aun yeni hökumətin tərkibini təsdiqləyib. Nazirlər Kabinetinə ölkənin xristian və müsəlman icmalarını bərabər şəkildə təmsil edən 24 nazir daxil olub.