AZ

Moskva Londona rəsmi nota göndərib - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirliyinin rusiyalı jurnalistə hücumla bağlı cinayət işinin araşdırılmasına köməklik göstərəcəyini gözləyir və hüquq-mühafizə orqanlarının sonrakı sorğularına operativ reaksiya verməyə çağırır.

Demokratikmusavat.comxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Öz növbəsində, Rusiya XİN Böyük Britaniyanın Moskvadakı diplomatik nümayəndəliyinə rəsmi nota göndərib, orada xüsusilə qeyd olunur: "Nazirlik gözləyir ki, səfirlik Rusiya hüquq-mühafizə orqanlarına bu cinayət işinin araşdırılmasında, o cümlədən səfirlik əməkdaşlarının prosessual hərəkətlərdə iştirakında hər cür köməklik göstərəcək". Rusiya Britaniya səfirliyini bu araşdırma çərçivəsində hüquq-mühafizə orqanlarının sonrakı müraciətlərinə operativ və lazımi şəkildə cavab verməyə çağırıb", - o bildirib.

Zaxarova vurğulayıb ki, bəzi Qərb ölkələrinin diplomatlarının rusiyalı jurnalistlərə qarşı hərəkətləri onların statusuna uyğun gəlmir.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Vnukovo hava limanında rusiyalı jurnalist britaniyalı diplomata “narahat suallar” verib və bu zaman diplomat onu bərk itələyib, operatorun “Press” nişanı cırılıb.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
4
1
Demokratikmusavat.com

5Mənbələr